“İnter”in futbolçusu Arturo Vidal karyerasını Rusiyada davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, “Zenit” klubu 34 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb. “Zenit” Vidala illik 4 milyon avro qazanacağı müqavilə təklif etməyə hazırlaşır.
“İnter” Vidalı yaşının və maaşının çox olması səbəbindən satmağa hazırdır. Çilili futbolçu “neradzurra”da illik 8 milyon avro qazanır.
Vidalın “İnter”lə müqaviləsi 2022-ci ilin yayına qədərdir.
“Zenit” Rusiya Premyer Liqasında 2020/21 mövsümünün çempionu olub. Sankt-Peterburq təmsilçisi yeni mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq.