Mikayıl Cabbarov bu qadınların elədiklərinə biganə qalmadı

25 May 2024 13:20 Güləş 1 076
Mikayıl Cabbarov bu qadınların elədiklərinə biganə qalmadı

İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov U23 Avropa çempionatında yüksək nəticə əldə etmiş qadın güləşçiləri təbrik edib.

Sportinfo.az xəbər verir ki, bu barədə AGF rəhbəri sosial şəbəkədə qeyd edib.

“Bakıda keçirilən U23 Avropa çempionatında qadın güləşi üzrə millimiz tarixində ilk dəfə komanda hesabında üçüncü yeri tutub.

Yığmamızın üzvləri Jalə Əliyeva (57 kq) qızıl, Elnurə Məmmədova (53 kq) gümüş, Ruzanna Məmmədova (59 kq) isə bürünc medal qazanıb. Komandamızın üzvlərini və məşqçiləri təbrik edir, gələcək yarışlarda uğurlar arzulayıram”, – o yazıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş