Niderlandlı yarımmüdafiəçi ilə razılıq əldə etdi - "Barselona"

1 Oktyabr 2023 00:10 İspaniya 534
Niderlandlı yarımmüdafiəçi ilə razılıq əldə etdi -

"Barselona" Frenki de Yonqun klubdakı gələcəyi ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi niderlandlı yarımmüdafiəçini uzun müddət heyətdə saxlamaq istəyir.

Son İspaniya çempionu 26 yaşlı orta xətt oyunçusunun müqaviləsini 2028-ci ilin yayına kimi uzadacaq. Klubun idman direktoru Deko məsələ ilə bağlı futbolçunun meneceri ilə görüşüb.

Artıq tərəflər arasında razılıq əldə olunub. Yaxın günlərdə rəsmi açıqlama ediləcək.

"Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır