Premyer Liqada yeni futbolçu - Əlcəzair yığmasının yarımmüdafiəçisi

17 Oktyabr 2020 13:40 İngiltərə 624
Premyer Liqada yeni futbolçu - Əlcəzair yığmasının yarımmüdafiəçisi

“Vest Hem” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Əlcəzair yığmasının və “Brentford”un yarımmüdafiəçisi Said Benrahmanı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb.

“Vest Hem” icarə haqqı olaraq “Brentford”a 5 milyon funt-sterlinq ödəyəcək. Mövsümün sonunda isə Premyer Liqa klubu əlavə 25 milyon avro ödəməklə futbolçunun transfer hüquqlarını da almaq məcburiyyətindədir.

Peşəkar karyerasına Fransanın “Nitsa” klubunda başlayan Benrahma, bu ölkədə “Anje”, “Ayaçço” və “Şatoru”da da forma geyinib. 2018-ci ildən isə o, “Brentford”un uğurları üçün çalışırdı. Çempionşip təmsilçisində 94 oyun keçirmiş futbolçu 30 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti