Azərbaycanlı iki qardaşa Avropadan dəvət gəldi

11 Yanvar 2024 07:50 Həndbol 1 147
Azərbaycanlı iki qardaşa Avropadan dəvət gəldi

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyası tərəfindən avrokubok oyununa təyinat alıblar.

Sportinfo.az xəbər verir ki, onlar qadınlar arasında Avropa Kubokunun 1/8 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.

Bu, Şimali Makedoniyanın “Jorçe Petrov” və Çexiyanın “Hazena Kinzvart” komandaları arasında keçiriləcək görüşə təsadüf edəcək.

Qarşılaşma yanvarın 13-də Skopye şəhərindəki “Avtokomanda” İdman Zalında təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Fevral 17:30 Çək və bizə göndər!
26 Fevral 04:10 Fransaya göndəriləcək -