Bakıdakı dəhşətli qəzada ölən "Arsenal"ın xanım fanatı – VİDEO+FOTOLAR

3 Dekabr 2020 20:20 Hadisə 1 010
Bakıdakı dəhşətli qəzada ölən "Arsenal"ın xanım fanatı – VİDEO+FOTOLAR

Bir neçə gün öncə Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı 3 nəfər ölüb və 1 nəfər ağır xəsarət alıb.

Sportinfo.az xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

Avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olub.

Tibb işçiləri FHN-in Modul Tipli Tibb Mərkəzində çalışıblar və evə qayıdarkən qəzaya düşüblər. Onlardan Yeganə Məmmədova futbol fanatı olub.

«Arsenal»a azarkeşlik edən bu gənc qız 2019-cu imldə Avropa Liqasının Bakıda keçirilən final matçının könüllüləri sırasında yer alıb. «Arsenal» həmin görüşdə «Çelsi»yə 4:1 hesabıyla uduzub.

Sözügedən qəzanın görüntülərini təqdim edirik.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!