Hakimi təhqir edən futbolçular və məşqçiyə nə cəza verildi?

17 May 2024 01:50 Hadisə 1 149
Hakimi təhqir edən futbolçular və məşqçiyə nə cəza verildi?

AFFA İntizam Komitəsinin iclasında Premyer Liqa ilə yanaşı, digər liqalarda baş verən neqativ hallara da baxılıb.

Sportinfo.az xəbər verir ki, Əvəzedicilər Liqasının XXXIV turu ilə bağlı da qərarlar verilib.

Ən diqqətçəkən cəza “Neftçi-2” - “Kəpəz-2” oyunu ilə əlaqədardır.

Belə ki, matçın 40-cı dəqiqəsində “Kəpəz-2”nin futbolçusu Nicat Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, Gəncə klubuna isə 300 manatlıq cərimə kəsilib.

AFFA U-16 və U-17 liqalarında baş verən neqativ hallar da hüquqi qiymətini tapıb.

AFFA U-16 Liqasında keçirilən European Football Academy – “Sabah” oyununun 68-ci dəqiqəsində qonaqların köməkçi məşqçisi Nəbi Nəbizadə hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyunluq cəzalandırılıb.

AFFA U-17 Liqasında isə “Neftçi” -European Football Academy oyununda qonaqların heyətində 14 nömrəli futbolçu Kənan Aslan qarşılaşmanın 50-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...