"Qarabağ"ın rəqibindən Norveç çempionatında qələbə

3 Sentyabr 2024 02:50 Hadisə 1 374
"Qarabağ"ın rəqibindən Norveç çempionatında qələbə

Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Bodo Qlimt" Norveç çempionatında 21-ci turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda səfərdə "Stromsqodset"lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Ounda yeganə qolun matçın 52-ci dəqiqəsində Sondre Fet vurub.

"Bodo Qlimt" hazırda 47 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi "Vikinq"i 10 xal qabaqlayır.

"Qarabağ" "Bodo Qlimt"lə noyabrın 7-də səfərdə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti