Ötənlərin məşhur ulduzu xanımını kürəyində daşıdı - FOTOLAR

23 Aprel 08:40 Hadisə 1 051
Ötənlərin məşhur ulduzu xanımını kürəyində daşıdı - FOTOLAR

Aprelin 17-si dünyaşöhrətli modelyer Viktoriya Bekhemin 50 yaşı tamam olub. Bu münasibətlə onun həyat yoldaşı, İngiltərə yığmasının sabiq futbolçusu Devid Bekhem ötən gün Viktoriya üçün ad günü partisi təşkil edib.

Sportinfo.az xəbər verir ki, 48 yaşlı Devidin Londonda klubların birində keçirdiyi özəl gecəyə ulduzlar axın ediblər.

Bundan öncə idman edərkən ayağını zədələyən modelyer restoranın girişində iki qoltuq dəyənəyi ilə görünsə də, gecənin sonunda buna ehtiyac duymayıb. Buna görə də onu Bekhem kürəyində maşınına aparıb.

Daha sonra ikili avtomobilin içərisində bir-birini qucaqlayarkən görüntülənib.

Mərasimdə Bekhemlərin gəlini, 2022-ci ildən Bruklin Cozef Bekhemlə evli olan 29 yaşlı model Nikola Peltzin iştirak etməməsi də diqqət çəkib.

Xatırladaq ki, Bekhem cütlüyünün Bruklin (25), Romeo (21), Kruz (19) və Harper (12) adlı uşaqları var.



















Digər Xəbərlər
Xəbər Lenti