Qurban Qurbanov oğlunu Messi ilə necə görüşdürüb? - FOTO

20 Aprel 2024 00:40 Hadisə 2 927
Qurban Qurbanov oğlunu Messi ilə necə görüşdürüb? - FOTO

Sosial şəbəkələrdə Azərbaycan millisinin və "Yurqorden"in hücumçusu Musa Qurbanlının maraqlı fotosu yayılıb.

Sportinfo.az xəbər verir ki, şəkildə Qurbanlı "İnter Mayami"nin ulduzu ilə birlikdə əks olunub.

Foto Messi "Barselona"da çıxış etdiyi, Musanın isə 10 yaşının olduğu vaxt çəkilib.

Şəkil böyük ehtimal "Qarabağ"ın baş məşqçisi və futbolçunun atası Qurban Qurbanovun 2012-ci ildə "Barselona"nın düşərgəsinə səfəri zamanı çəkilib.

Həmin vaxt təcrübə mübadiləsi üçün Kataloniyaya yollanan Qurbanov həmkarı Pep Qvardiola ilə görüşmüşdü. Səfər zamanı Musa atası ilə birlikdə olub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...