"Bakı Metropoliteni" QSC metroda gedişhaqlarının 0,60 qəpikdən 0,70 qəpiyə qaldırılacağı ilə bağlı iddialara aydınlıq gətirib.
QSC-dən pravda.az-ın sorğusuna nə inkar, nə də təsdiq cavabı verilib.
"Nəzərinizə çatdırırıq ki, metroda gedişhaqqının artırılması ilə bağlı “Bakı Metropoliteni” QSC-nin qərar qəbul etmək səlahiyyəti mövcud deyil və qurum yalnız qərarların icrasını yerinə yetirir.
Gedişhaqqı üzrə tariflərdə edilən dəyişikliklər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı ilə tənzimlənir", - açıqlamada bildirilib.

