Millinin baş məşqçisi boş dayanmır - FOTO

17:24 Hadisə 234
Millinin baş məşqçisi boş dayanmır - FOTO

Şamaxıda I Liqa uğrunda pley-off matçı keçirilib.
I Liqanı 11-ci pillədə başa vuran “Şimal” II Liqanın 2-cisi “Qaradağ-Lökbatan”ı qəbul edib.
Sportinfo.az xəbər verir ki, həlledici oyunu izləyənlər arasında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov da olub.
Fürsətdən istifadə edən təcrübəli çalışdırıcı matça canlı baxmaq üçün köməkçisi Elnur Çodarovla birlikdə bölgəyə yollanıb.
Abbasov matçı sona qədər izləyərək köməkçisi ilə fikir mübadiləsi aparıb.
Hesabı “Qaradağ-Lökbatan” açsa da, “Şimal” 2 qol vuraraq qələbə qazanıb və I Liqadakı yerini qoruyub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti