Ronaldo atası ilə FOTOsunu paylaşdı: “Haradan gəlmişəm və kimin üçün yaşayıram”

01:40 Hadisə 59
Ronaldo atası ilə FOTOsunu paylaşdı: “Haradan gəlmişəm və kimin üçün yaşayıram”

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo Portuqaliyada qeyd olunan Atalar Günü münasibətilə sosial media hesabında vəfat edən atasını yad edib.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı hücumçu instaqram hesabında ailəsi və atası ilə olan fotosunu “Haradan gəlmişəm və kimin üçün yaşayıram. Atalar Günün mübarək” qeydi ilə paylaşıb.

Qeyd edək ki, Ronaldonun paylaşımında ən diqqətçəkən məqam 2005-ci ildə, cəmi 52 yaşında vəfat edən atası Joze Dinis Aveiro ilə gənc yaşlarında çəkilmiş arxiv fotosu olub.

Məlumat üçün bildirək ki, onun atası Madeyra adasındakı yerli “Andorinya” klubunda avadanlıq meneceri işləyib və oğlunun futbol karyerasına başlamasında həlledici rol oynayıb.

Qaraciyər çatışmazlığından dünyasını dəyişən Aveiro oğlunun “Mançester Yunayted”dəki ilk iki ilini görə bilib.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti