Mahir emosional danışdı: “Qol vurduğum anda sanki onu qarşımda gördüm”

20 Mart 01:20 Hadisə 488
Mahir emosional danışdı: “Qol vurduğum anda sanki onu qarşımda gördüm”

Almaniyanın II Bundesliqa təmsilçisi “Kayzerslautern”də çıxış edən Mahir Emreli “Karlsrue”yə qol vurduqdan sonra klubun saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, komandasının 3:0 hesabı ilə qalib gəldiyi matçda vurduğu qolu emosional qeyd etməsi barədə danışıb:

“Bu qol mənim içimdə bir çox hisslər yaratdı. Yaxınlarda dayım oğlu vəfat etmişdi.

Vurduğum qol onunla son dəfə vidalaşmaq idi. Fərqləndiyim anda sanki onu qarşımda gördüm.

Çox emosiyalar yaşandı və bu qol həm şəxsi, həm də peşəkar həyatım üçün çox gözəl və önəmli oldu”.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!