Premyer Liqadan 8000 dollarlıq iki təklif aldı, xanımı İCAZƏ VERMƏDİ

14:20 Hadisə 272
Premyer Liqadan 8000 dollarlıq iki təklif aldı, xanımı İCAZƏ VERMƏDİ

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda karyerasını bitirmək fikrində deyil.

36 yaşlı yarımmüdafiəçi ən azı daha 1 il yaşıl meydanlardakı çıxışını davam etdirəcək.

Çünki ölkəsi Braziliyada klubunu dəyişib.

“Primavera”dan ayrılan Almeyda D Seriyasında mübarizə aparan “XV Piraçiçaba” ilə müqavilə imzalayıb.

O, son mövsümdə “Primavera”nın heyətində 22 oyunda 2 qol vurub.

Ölkəmizdə uzun illər “Qarabağ”ın formasını geyinən Riçard Almeyda həmçinin “Zirə”də də qısa müddət oynayıb.

Millimizin heyətində 31 matça çıxıb, 3 qol vurub.

“XV Piraçiçaba” ilə anlaşmazdan öncə “sambaçı“nın Azərbaycana qayıtmaq variantı ortalığa çıxıb.

Cənubi amerikalıya Premyer Liqadan iki dəvət gəlib. Almeydaya 8000 dollar əməkhaqqı təklif edilib.

Sabiq “Qarabağ“lı xanımı ilə məsləhətləşəndən sonra vətənində qalmağa üstünlük verib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti