“Bir-birinizin arxasınca danışmayın: Tələsməsinlər, yaydan bir yerdə işləyəcəm” - VİDEO

09:40 Hadisə 113
“Bir-birinizin arxasınca danışmayın: Tələsməsinlər, yaydan bir yerdə işləyəcəm” - VİDEO

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov maraqlı açıqlamaları ilə diqqət çəkib.

O, Misli Premyer Liqasının 24-cü turunda “Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra gündəmə bomba kimi düşən fikirlər söyləyib.

A.Abbasov “yaxşı nəticələr qazanırsınız, amma “kasıb” komandalarda iş tapırsız?” sualına belə cavab verib:

“Bu sualın cavabı özümüzdədir. Nə zamana kimi özümüz özümüzə dəstək verməyəcəyiksə, düzəlməyəcək.

Baxıram, adlı-sanlı məşqçilər yerliləri qınayır, onların yerinə göz dikir. Nə vaxt özümüzə qiymət verəcəyik, klub rəhbərləri yerli məşqçilərin arxasında duracaq, onda işləmək olar.

Ancaq indi klub rəhbərlərinin 90 faizi yerli məşqçilərin arxasında durmur. Uzun məsələdir. Bir çox klub rəhbərləri artıq getməlidir.

Nəticə qazanmırlar. Onları da sorğu-sual etmək lazımdır.

Nə qədər məşqçi dəyişəcək? Tək məsələ məşqçi deyil.

Bir çox mütəxəssislər var, komandanı saxlayır, amma rəhbərliyin etdiyi yanlış transferlər problem yaradır.

Bizim problemimiz tək məşqçi deyil. Gərək yerli məşqçilər də özlərinə dəstək olsun, bir-birinin arxasınca danışmasın”.

Çalışdırıcı həm “Şamaxı”da, həm Azərbaycan millisinin baş məşqçisi postunda işləməsinə görə tənqid olunmasına münasibət bildirib:

“Bilirəm, tələsməsinlər, yaydan bir yerdə işləyəcəm”.

Onun bu açıqlamaları ictimaiyyətdə və sosial şəbəkələrdə böyük rezonans doğurub. Söylədikləri əksəriyyət tərəfindən dəstəklənib.

Abbasovun bu sözlərlə kimləri nəzərdə tutmasına dair müxtəlif rəylər səsləndirilib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti