MLS klubunun baş məşqçisi Nəriman Axundzadəni təriflədi

02:00 Hadisə 100
MLS klubunun baş məşqçisi Nəriman Axundzadəni təriflədi

ABŞ-nin “Kolambus Kru” klubunun baş məşqçisi Henrik Ridström yeni transfer Nəriman Axundzadə haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 50 yaşlı mütəxəssis, azərbaycanlı hücumçunun yaxşı potensiala malik olduğunu deyib:

“Nəriman Axundzadə ilə bağlı xoşumuza gələn əsas şey onun cinah oyunçusu olmasıdır. Bu, dörd yarımmüdafiəçi ilə oynadığımız zaman bizə cinahlardan hücum qurmaq üçün daha çox imkan verir.

O, yaxşı potensiala malikdir və məşqlərdə özünü yaxşı tərəfdən göstərir. Ümid edirik ki, tezliklə komanda ilə tam məşqlərə qoşulacaq”.

Nəriman Axundzadə “Kolambus Kru” ilə 3,5 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti