Azərbaycan komandası XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTOLAR

01:00 Hadisə 98
Azərbaycan komandası XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTOLAR

İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, açılış “San-Siro” stadionunda təşkil olunub.

Mərasim İtaliyanın zəngin tarixi və mədəni irsini əks etdirən bədii proqramla başlayıb.

Arenada ölkənin müxtəlif bölgələrinə xas milli rəqslər nümayiş olunub, ənənəvi musiqi səsləndirilib. Səhnə tərtibatında Alp dağlarının, İtaliya memarlığının və qış mövsümünü simvolizə edən elementlərin yer aldığı vizual kompozisiyalar təqdim edilib.

Azərbaycan nümayəndə heyəti paraddan 11-ci sırada keçib. Mərasimdə Dövlət bayrağını dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb.

Tamaşaçılar önündən olimpiadanın vətəni Yunanıstan birinci, ev sahibi ölkənin komandası isə sonuncu keçib.

Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına fevralın 22-də Veronanın məşhur amfiteatrında keçiriləcək bağlanış mərasimi ilə yekun vurulacaq.

Qış Olimpiya Oyunlarında 16 idman növü üzrə 116 medal uğrunda yarış olacaq ki, bu da 2022-ci il Pekin Oyunlarından yeddi medal çoxdur.

Azərbaycanı Olimpiadada dağ xizəyində Anastasiya Papatoma, fiqurlu konkisürmədə isə Vladimir Litvintsev təmsil edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!