“İmişli” heyətinə yeni futbolçu cəlb edib.
Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 25 yaşlı yarımmüdafiəçi Raid Abbaszadə bundan sonra bölgə təmsilçisinin uğurları üçün mübarizə aparacaq.
Ötən mövsüm “Difai”nin formasını geyinmiş orta sahə oyunçusu ilə bağlanmış müqavilənin detalları isə açıqlanmayıb.
"İmişli" bunadək Dioqo Kardozu və Nazim Hüseynovu da sıralarına qatıb.

