"Qarabağ"ın oyununda göz gözü görmədi, VAR-ı don “vurdu”, sonra da… VİDEO

6 Fevral 08:30 Hadisə 713
"Qarabağ"ın oyununda göz gözü görmədi, VAR-ı don “vurdu”, sonra da… VİDEO

Azərbaycan kubokunda 1/4 finalın ilk oyunlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, "Şamaxı" evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlib.

Bu görüşün oynanıldığı Şamaxı şəhər stadionunda dumanlı hava şəraiti hökm sürüb.

Göz gözü görməyib. Həmçinin matçda daha bir problem yaranıb. VAR sistemi sıradan çıxıb.

Baş hakim Kamranbəy Rəhimov ilk hissənin əvvəlində komandalara bildirib ki, VAR işləmir və heç bir epizodda monitora getməyi tələb etməsinlər.

Bir qədər sonra referi texniki çatışmazlığın aradan qalxdığını söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM