AFFA 3 kluba baxış keçirdi - Yeniliklərin tədbiqi planlaşdırılır

4 Fevral 08:30 Hadisə 598
AFFA 3 kluba baxış keçirdi - Yeniliklərin tədbiqi planlaşdırılır

AFFA-nın uşaq futbolunun inkişafı strategiyasına uyğun olaraq, "Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək" prosesi çərçivəsində 3 klubun akademiyalarına baxış keçirilib.

Sportinfo.az xəbər verir ki, layihə çərçivəsində "Sabah", "Qarabağ" və "Neftçi" akademiyalarının mövcud vəziyyəti, tədris metodikası və infrastruktur imkanları yaxından izlənilib.

Görüşlərin nəticəsi olaraq yaxın gələcəkdə akademiyaların fəaliyyətində aşağıdakı istiqamətlər üzrə yeniliklərin tətbiqi gözlənilir:

* Mövcud məşq proseslərinin beynəlxalq standartlara tam uyğunlaşdırılması və oyunçu yönümlü inkişaf metodikasına keçid

* Kiçik yaş qruplarından əsas komandaya qədər olan keçid mərhələlərinin metodoloji ardıcıllığının təmin edilməsi

* Akademiyadan peşəkar futbolçu mərhələsinə keçid prosesinin daha sistemli və ölçülə bilən meyarlar əsasında qurulması

* Akademiyalarda rol bölgüsünün dəqiqləşdirilməsi və kadr potensialından daha effektli istifadə üçün yeni struktur yanaşmalarının tətbiqi.

Aparılan genişmiqyaslı təhlillər yaxın müddətdə tətbiq olunacaq yeni Akademiya Standartlarının əsasını təşkil edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Fevral 18:10 Çək və bizə göndər!
14 Fevral 04:00 Kim daha çox qazanır?
14 Fevral 03:10 “Çətin komandadır”