Bu futbolçuni və xanımını mağazanın yaxınlığında güllələyib öldürdülər - FOTO

19 Dekabr 2025 01:40 Hadisə 461
Bu futbolçuni və xanımını mağazanın yaxınlığında güllələyib öldürdülər - FOTO

Ekvardorun “Barselona” klubunun futbolçusu Mario Pineyda qətlə yetirilib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı futbolçu mağazanın yaxınlığında hücuma məruz qalıb.

Hadisə Quayakil şəhərində baş verib. Silahlılar Pineydaya bir neçə atəş açıb. Nəticədə futbolçu həyatını itirib.

Ekvador mətbuatının yazdığına görə, futbolçunun həyat yoldaşı da qətlə yetirilib, anası isə yaralanıb.

Mario Pineyda 10 ildir ki, “Barselona”da çıxış edirdi. O, iki dəfə klubla ölkə çempionu olub.

ekvadorda-futbolcunu-gullelediler

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti