«Xəzər Lənkəran»ın bir qrup keçmiş futbolçusu cənub bölgəsinə səfər edib.
Zaur Ramazanov, Mahmud Qurbanov, Rahid Əmirquliyev, Elnur Abdullayev, Emin Quliyev, Alim Qurbanov və digərləri Lənkəran stadionuna baş çəkib.
Səfər Region Liqasında mübarizə aparan «Lənkəran»ın rəhbəri Rəhman Əliyevin dəvəti ilə gerçəkləşib. Veteran oyunçular «Viləş»lə qarşılaşmadan (0:0) öncə «Fırtınalar meydanı»nda azarkeşlər önünə çıxıb.
Hər biri söz alaraq, stadiona toplaşmış yüzlərlə fanata öz arzu-istəklərini bildiriblər. «Xəzər Lənkəran»ın yenidən futbol səhnəsinə dönəcəyinə inandıqlarını söyləymblər.
2004-cü ildə yaradılan klub 2016-cı ildə fəaliyyətini dayandırıb. «Ağ-yaşıllar» Premyer Liqa ilə vidalaşınca, I Liqada mübarizə aparmaqdan imtina edib.
İnişil «Xəzər Lənkəran»ın yenidən geri qayıdacağına dair xəbərlər yayılmışdı.
Hətta Mübariz Mənsimovun yaxın çevrəsi də bu barədə ictimaiyyətə rəsmi məlumat vermiş, stadionda kompleks təmir işlərinin aparılacağını açıqlamışdı.
Təəssüf ki, vəd olunanlar həyata keçmədi: nə arenada daş üstünə daş qoyuldu, nə də klubun bərpası istiqamətində hansısa addım atıldı.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

