“Bu savadsız insanlar anama söydülər, bu da onlara Allahın cavabı oldu”

18:20 Hadisə 149
“Bu savadsız insanlar anama söydülər, bu da onlara Allahın cavabı oldu”

asketbol üzrə Avroliqada “Fənərbaxça”ya 81:77 hesabı ilə qalib gələn “Panatinaikos”un baş məşqçisi Ergin Ataman oyundan sonra sərt açıqlamalar verib.

Sportinfo.az xəbər verir ki, o, qarşılaşmanı İstanbul klubunun azarkeşlərinin anasını təhqir etdiklərinə görə qazandıqlarını bildirib:

“Təxminən 10 min “Fənərbaxça” azarkeşi 87 yaşlı anama qarşı söyüş söydü, təhqiramiz şüarlar səsləndirdi.

Çox məyusam. Bu savadsız insanlar anama qarşı belə bir davranış göstərdilər.

Belə davranış ədalətli deyil. Həqiqətən çox üzgünəm.

Elə onların təhqirlərinə görə matçı 10 xal geridə olsaq da, geridönüş edib qazandıq. Bu, onlara Allahın cavabıdır”.

Digər Xəbərlər
Xəbər Lenti