”YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb.
Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.
Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.
Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.
Şirkətdən açıqlama:
”Təsisçi Yaqut xanımın rəhbərliyi ilə ”YaaRa Tekstil” olaraq, 2024-cü ildə fəaliyyətə başlayanda məqsədimiz təkcə tekstil istehsalı deyildi.
Biz bu sahəyə baxışımızı, enerjimizi və ən əsası, sevgimizi gətirməklə, qısa müddət ərzində ölkənin tekstil bazarında öz yerimizi almağı bacardıq.
Şirkətimizin adının arxasında yalnız keyfiyyətli istehsal deyil, həm də etibarlı münasibət, peşəkar komanda və davamlı inkişaf dayanır.
Bu gün ”YaaRa Tekstil”i seçən tərəfdaşlar da bilir ki, onların arzusunu, gözləntisini doğru dəyərləndirmək və ən incə detala qədər diqqət etmək bizim üçün ön plandadır.
Çünki başladığımız ilk gündən əsas məqsədimiz Azərbaycan gənclərini idmana yönəltmək, inkişafına dəstək olmaqdır. Məhz buna görə də yalnız federasiyalar və klublarla kifayətlənmirik.
Hazırda Azərbaycan Respublikasının ən nüfuzlu şirkətləri, iri holdinqlər, universitetlər və bir çox aparıcı qurumlar ”YaaRa Tekstil”ə etibar edərək, uzunmüddətli əməkdaşlığa imza atır.
Harada inkişaf və idmana dəstək varsa, orada ”YaaRa”nın izi görünür. Bir sözlə, peşəkar komandamızla gələcəyinizə dəyər qataraq, motivasiya bəxş edir, daim uğurlarınıza dəstək oluruq”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

