Bakıda “boksçu” gəlin toyda bəyi yumruğa “qonaq” etdi - VİDEO

16 Dekabr 2025 22:40 Hadisə 609
Bakıda “boksçu” gəlin toyda bəyi yumruğa “qonaq” etdi - VİDEO

Bakıda keçirilən toy məclisindən sosial şəbəkələrdə maraq doğuran görüntülər yayılıb.

Sportinfo.az xəbər verir ki, kadrlar qısa zamanda gündəmə çevrilərək minlərlə istifadəçi tərəfindən izlənilib.

Görüntülərdə bəy və gəlinin məclisin düz ortasında boks əlcəklərini taxaraq məşq elementləri yerinə yetirdiyi əks olunur. Cütlüyün bu fərqli çıxışı bir çoxlarının marağına səbəb olub.

İzləyicilər arasında şounu bəyənənlər də, bunu toy məclisinə uyğun hesab etməyib tənqid edənlər də olub. Sosial media istifadəçiləri cütlüyün hər ikisinin idmanla məşğul olması ehtimalını irəli sürüblər.

Qeyri-adi toy performansı hələ də müzakirə mövzusu olaraq qalır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 17:50 "Mən bu ruhu tanıyıram"