Azərbaycanlı forvardla yeni müqavilə niyə imzalanmadı? - Direktor səbəbini dedi

6 May 2025 19:20 Hadisə 1 105
Azərbaycanlı forvardla yeni müqavilə niyə imzalanmadı? - Direktor səbəbini dedi

"Nürnberq"in idman direktoru Joti Xatsialeksiu cari mövsümün sonunda Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə vidalaşmalarına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, II Bundesliqa təmsilçisinin rəsmisi bu barədə klubun saytına açıqlama verib.

O, 27 yaşlı hücumçuya gələcək karyerasında uğurlar arzulayıb:

"Müqavilə müddəti mövsümün sonunda bitəcək oyunçularla bağlı tez qərar vermək bizim üçün vacibdir.

Mahirlə yaydan sonra münasibətlərimizi davam etdirməməyə razılaşdıq. Ona bu mövsüm göstərdiyi səylərə, xüsusən də fədakarlığına görə təşəkkür edirəm".

Mahir Emreli ötən ilin yayında Zaqreb “Dinamo”sundan "Nürnberq"ə keçib.

O, cari mövsüm Almaniya təmsilçisinin heyətində 22 oyuna çıxaraq 8 qol vurub və 1 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi