“Ürəklərimiz heç vaxt olmadığı qədər doludur, sən bizim ən böyük hədiyyəmizsən” - FOTOLAR

4 May 2025 17:20 Hadisə 786
“Ürəklərimiz heç vaxt olmadığı qədər doludur, sən bizim ən böyük hədiyyəmizsən” - FOTOLAR

“Red Bull” komandasının pilotu, “Formula-1” üzrə dördqat çempion Maks Ferstappen ata olub.

Sportinfo.az xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib.

Maksi sevgilisi Kelli Pike və yeni doğumuş qızı ilə birgə fotosunu yayımlayıb.

“Dünyaya xoş gəldin, balaca Lili. Ürəklərimiz heç vaxt olmadığı qədər doludur - sən bizim ən böyük hədiyyəmizsən. Səni çox sevirik”, - Ferstappen yazıb.

Kelli “Formula-1”in üçqat çempionu Nelson Pikenin qızıdır. Cütlük 2020-ci ildən bəri birlikdədir.

Kelli 2017-2019-cu illərdə rusiyalı pilot Danil Kyvat ilə görüşüb və 2019-cu ilin iyul ayında ondan Penelopa adlı qızı olub.




Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı