İki il müddətinə futboldan uzaqlaşdırıldı – Komandanı meydandan çıxardığına görə

4 May 2025 00:20 Hadisə 1 228
İki il müddətinə futboldan uzaqlaşdırıldı – Komandanı meydandan çıxardığına görə

Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq futbolçusu Alper Potuk cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Şimali Makedoniya Futbol Federasiyası məlumat yayıb.

Sözügedən ölkənin “Qostivar” klubunda çıxış edən 34 yaşlı vinger 2 il müddətinə futboldan uzaqlaşdırılıb.

Belə ki, kapitan Alper Potuk “Qostivar” - “Rabotniçki” matçında hakim qərarlarına etiraz etmək məqsədilə komandaya oyun başa çatmazdan əvvəl meydandan çıxmaq, paltardəyişmə otağına getmək göstərişi verib.

Federasiya isə 34 yaşlı futbolçunun bu hərəkətini ağır cəzalandırıb.

Həmin klubun türk prezidenti Enes Usta da eyni cəzanı alıb.

“Qostivar”a isə texniki məğlubiyyət verilib və aktivindəki 9 xal silinib. Hazırda komanda 48 xalla 4-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı