Gəncə klubunun baş məşqçisi və rəsmisi “əfv” olunmadı

3 May 2025 08:40 Hadisə 784
Gəncə klubunun baş məşqçisi və rəsmisi “əfv” olunmadı

Gəncənin “Çinar” klubunun U-13 komandasının baş məşqçisi və rəsmisi cəzalanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Baş məşqçi Teymur Nəbiyev U-13 Liqasında keçirilən “Şəmkir” – “Çinar” qarşılaşmasının 47-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırılıb. Komitə onu 5 oyun cəzalanıb.

Komandasının rəsmisi Elçin Quziryani isə “Çinar” – “Hünər” matçının 51-ci dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalanıb. AFFA onu 2 matçlıq diskvalifikasiya edib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi