Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı - Barmaqlarını itirdi

08:00 Hadisə 152
Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı - Barmaqlarını itirdi

Xocalı rayonunda hərbi sursat partlayıb.

Bu barədə Baş Prokurorluq, DİN və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, işğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində bu gün Tovuz rayonu Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Məmmədov Aqşin Arif oğlunun əlində əl qumbarası partlayıb.

Belə ki, qumbaranın partladıcı mexanizminin partlaması nəticəsində 17 yaşlı şəxs sağ əlindən xəsarət alıb. Hadisə nəticəsində zərərçəkənin 3 barmağı amputasiya olunub.

Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.

Digər Xəbərlər
Xəbər Lenti