
AFFA rəhbərliyi texniki dlirektor postuna yeni təyinatı təxirə salıb.
Redaksiyamıza daxil olan məlumata görə, bir müddət əvvəl Bakıya dəvət edilən funksioner ölkəsinə qayıdıb.
Bunun səbəbi tərəflər arasında danışıqların baş tutmamasıdır. Millinin baş məşqçisi Fernandu Santuş həmyerlisinin təyinatına çox çalışsa da, onun canfəşanlığı heç bir fayda verməyib.
İş və səlahiyyət məsələsində tərəflər ortaq məxrəcə gələ bilməyib.
Uzun illərdir ki, AFFA-da bu postu Cahangir Həsənzadə tutur. Elxan Məmmədovun kadrından çox ciddi narazılıq var.
SPORTİNFO.AZ