O və komanda yoldaşları azarkeşlərlə əlbəyaxa davaya çıxdı - VİDEO

20 Fevral 2025 00:00 Hadisə 603
O və komanda yoldaşları azarkeşlərlə əlbəyaxa davaya çıxdı - VİDEO

PAOK-un rusiyalı futbolçusu Maqomed Ozdoev və onun komanda yoldaşları AEK azarkeşləri ilə əlbəyaxa davaya çıxıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib.

Hadisə dekabrın 18-də ölkə kuboku matçından sonra dayanacaqda baş verib.

İnsidentlə bağlı Ozdoev və bir neçə PAOK futbolçusu 10 günlük diskvalifikasiyaya məruz qalıb. Ötən həftə idman prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb.

PAOK-un texniki heyət üzvləri, Ozdoev və daha dörd futbolçu, o cümlədən "Zenit"in keçmiş oyunçusu Deyan Lovren həbs və cərimə təhlükəsi ilə üzləşə bilər. Onların üç aya qədər həbs edilə biləcəyi qeyd olunub.

Görüntülərdə üç AEK azarkeşinin PAOK oyunçularını daşıyan avtobusun qarşısında dayandığı və nəsə qışqırdığı görünür.

Mühafizəçi azarkeşləri uzaqlaşdırmağa çalışsa da, avtobusdan bir neçə futbolçu və məşqçi heyətinin üzvləri çıxaraq münaqişəyə müdaxilə ediblər. Daha sonra kütləvi dava qeydə alınıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"