Rəşad Sadıqov açıb-tökdü… “Onunla ciddi problemlər yaşadıq” - VİDEO

18 Fevral 2025 00:40 Hadisə 1 840
Rəşad Sadıqov açıb-tökdü… “Onunla ciddi problemlər yaşadıq” - VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “CBC Sport”da yayımlanan “90 dəqiqə” verilişinin qonağı olub.

Sportinfo.az xəbər verir ki, mütəxəssis komandanın hücumçusu Salif Sumadan danışıb.

R.Sadıqov mövsümün əvvəlində onunla problemlər yaşadığını bildirib:

“Çalışırıq ki, futbolçunun potensialı varsa, gözləyək. Salifu bu mövsüm yaxşı oynamağa başladı.

Bizim komandaya gələndə cəmi 10 dəqiqə peşəkar futbol oynamışdı. İlk gəldiyi gündən ona demişdim ki, futbolunu oyna, vaxt gələcək, sən daha yaxşı çempionatlara gedəcəksən.

İlin əvvəlində ciddi problem yaşadıq. Gözləntilər var idi ki, Suma ilə bağlı sərt qərarlar olacaq.

Amma ona heç nə demədim. Çünki futbolçunu tanıyıram və xasiyyətinə bələdəm.

Bəlkə başqa futbolçu olsaydı, fərqli davranardım. Amma Salifu sakit təbitəli, xoşxasiyyətli insandır”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM