Kardaşyan ulduz oyunçunu yoldan çıxara bilmədi - FOTO

14 Fevral 2025 02:40 Hadisə 1 064
Kardaşyan ulduz oyunçunu yoldan çıxara bilmədi - FOTO

“Los Anceles Leykers”in ulduzu Luka Donçiç komandaya yeni qoşulsa da, o, artıq sosial mediada səs-küy yaratmağı bacarıb.

Sloveniyalı basketbolçu Los-Anceles klubuna keçdikdən sonra dünya məşhurlarının diqqətini çəkən şəxsə çevrilib.

Erməni model və biznesmen Kim Kardaşyan Donçiçi yeni klubu münasibətilə özünəməxsus tərzdə təbrik edərək, “sloven dilini öyrənmək” istədiyini yazıb.

Basketbolçu buna demək olar ki, dərhal cavab verib. O, “xeyr, xahiş edirəm, etmə” – deyə imtina edib.

Pərəstişkarları tez bir zamanda söhbətə qoşulublar və Kimin mövqeyinə görə onu ələ salmağa başlayıblar. Model daha dözə bilməyib və şərhini silib.

Fevralın 10-dan 11-nə keçən gecə NBA-nın müntəzəm mövsümü çərçivəsində “Leykers” “Yunat Cazz” üzərində inamlı qələbə qazanıb.

Los-Anceles təmsilçisinin ulduzu Luka Donçiç komandada debüt etdib. O, 23 dəqiqə ərzində 14 xal, 5 ribaund və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Heybət

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi