Təsirli anlar: Yarışı uduzdu, sevgidə qazandı - FOTOLAR

5 Sentyabr 2024 02:30 Hadisə 929
Təsirli anlar: Yarışı uduzdu, sevgidə qazandı - FOTOLAR

Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında maraqlı anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, italiyalı qaçışçı Alessandro Ossola 100 metr məsafəyə qaçışdan sonra sevgilisinə evlilik təklif edib.

Göstərdiyi nəticə ona finala yüksəlməyə imkan verməsə də, Ossola finişə çatdıqdan dərhal sonra sevgilisinin olduğu tribunaya yaxınlaşıb.

“O, mənə dedi ki, sən dəlisən. Sonra məni öpdü, bu, həqiqətən də həyəcanverici idi. Finala çıxa bilmədiyim üçün bəxtim gətirmədi və buna çox üzüldüm. Amma üç dəqiqədən sonra həqiqətən xoşbəxt oldum”, - deyə o, italiyalı jurnalistlərə söyləyib.

Alessandro həmçinin sevgilisinin ona “hə” dediyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar