Uşaqlara zorakılığa görə cərimələndi - Məşhur futbolçunun atası

1 Sentyabr 2024 10:40 Hadisə 837
Uşaqlara zorakılığa görə cərimələndi - Məşhur futbolçunun atası

“Tottenhem”in və Cənubi Koreya millisinin oyunçusu Son Hın Minin atası Son Un Junq öz akademiyasının yeniyetmə futbolçusu ilə pis rəftar etdiyinə görə cərimələnib.

Onunla birlikdə eyni akademiyanın daha iki məşqçisi də sanksiyaya məruz qalıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Çunçon Regional Prokurorluğu açıqlanmayan pul cəriməsi ilə yanaşı, məşqçilər uşaqlara qarşı zorakılığın qarşısının alınmasına yönəlmiş təlim proqramı keçməlidirlər.

Keçən mart ayında akademiya oyunçularından birinin valideyni polisə bildirib ki, bu məşqçilər məşqdə səhvlərinə görə uşaqlara qarşı nalayiq ifadələr işlədirlər.

Bundan əlavə, valideyn oğlunun Yaponiyada təlim-məşq toplanışı zamanı künc bayrağı ilə vurulduğunu da iddia edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:10 Çək və bizə göndər!
24 Aprel 03:40 “Geri qaytara bildim”