Bu uşağın finalda hər kəsi duyğulandıran hərəkətinə baxın - VİDEO

4 İyun 2024 20:00 Hadisə 1 252
Bu uşağın finalda hər kəsi duyğulandıran hərəkətinə baxın - VİDEO

Möhtəşəm təşkilatçılığı ilə seçilən Azərbaycan kubokunun final qarşılaşmasında alqışa layiq hallardan biri futbolçular meydana uşaqlarla çıxması idi.

Həmin uşaqlar Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələrinin balaca sakinləri idi.

Arenada Azərbaycan Dövlət Himni səsləndiriləndə əlil azyaşlılardan bir çoxu söhbətin məğzini anlamaqda çətinlik çəkirdi.

Biri futbolçunun əlini buraxıb dayənin yanına qaçdı, bir başqası tribunalardakı insanlara əl salladı, digəri yerində rəqs etməklə diqqət çəkdi.

Lakin bir uşaq var idi ki, əsl vətənpərvərlik ruhu nümayiş etdirdi. Sağ əlini ürəyinin üstünə qoyub, başını da dik tutub əvvəldən sona qədər duruşunu pozmadı.

Əlil uşağın bu cür davranışı sağlamlığını yerində olan bir çoxuna dərs olmalıdır.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”