Məşhur futbolçu komanda yoldaşının avtomobilinin təkərlərini bıçaqla deşdi – VİDEO+FOTOLAR

31 May 2024 10:00 Hadisə 865
Məşhur futbolçu komanda yoldaşının  avtomobilinin təkərlərini bıçaqla deşdi – VİDEO+FOTOLAR

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Neymar komanda yoldaşı Renan Lodinin avtomobilinin təkərlərini bıçaqla deşib.

Sportinfo.az xəbər verir ki, bu barədə futbolçu öz instaqram hesabında paylaşım edib.

Əvvəlcə R. Lodi Neymarın ayaqqabısının bağını düyünləyib. Buna görə də ulduz futbolçu komanda yoldaşından qisas alıb.

O, paylaşımında bu sözləri qeyd edib: “Bir gün ov üçün, bir gün ovçu üçün”.

R.Lodi də paylaşıma şərh bildirib: “Növbəti mövsümdə “Rolls-Royce”nu səbirsizliklə gözləyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 20:00 Çək və bizə göndər!