Azərbaycanda futbol sevgisi və ya könülləri xoş edən görüntülər - VİDEO

30 May 2024 23:00 Hadisə 1 077
Azərbaycanda futbol sevgisi və ya könülləri xoş edən görüntülər - VİDEO

Qərb derbisi deyəndə ağıllara prinsipiallıq, izdiham, dava-dalaş, gözləri qan örtmək gəlir, deyilmi?

Lakin hər şey heç də düşündüyünüz və düşündüyümüz kimi deyil.

İstər futbolçular olsun, istərsə də azarkeşlər 90 dəqiqə ərzində bir-birinə rəqib olurlar. Hakimin final fiti çalınan kimi intriqa qalır digər tərəfdə.

Bazar günü Tovuzda yerli komanda ilə “Kəpəz” arasında keçirilən oyunda meydanda amansız mübarizə görmək mümkün idi. Hər iki kollektivin üzvləri qələbə qazanmaq üçün canından keçməyə hazır idi.

Matç başa çatan kimi əl sıxıb görüşdülər, bir-birinə uğurlar arzuladılar. Unudulmaz anlar isə tribunada yaşandı.

Gəncəli fanatlar tribunadan ayrılıb stadionu tərk etmək haqda düşünündə, tovuzlu azarkeşlərin qonaqların ünvanına sürəkli “Kəpəz” sədaları eşidildi.

Bir neçə dəfə təkrarlanan çağırışa rəqib komandanın fanatları alqışla cavab verib, ardınca onlar da “Turan” səsləndirdilər.

Bu cür halları görəndə anlayırsan ki, futbol özündə bir çox gözəllikləri birləşdirən oyundur.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”