COP29

Qumara görə cərimələndi, adını dəyişib “Qarabağ” qoydu - Məşhur restoran sahibi

30 May 03:40 Hadisə 876
Qumara görə cərimələndi, adını dəyişib “Qarabağ” qoydu - Məşhur restoran sahibi

Ötən ilin avqust ayında qanunsuz qumar oyunlarının təşkil edildiyi “Huqqa” restoranının rəhbərliyi cəzalandırılıb.

Sportinfo,az xəbər verir ki, restoranın sahibi 1981-ci il təvəllüdlü Rasim Rzayev və müdiri 1998-ci il təvəllüdlü Nuranə Səlimovaya hökm oxunub.

Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxs Cinayət Məcəlləsinin 244-1.2.1 və 244-1.2.4-cü (Qumar oyunlarının təşkili və ya keçirilməsi) maddəsi ilə təqsirli bilinib. Onların hər biri 10 min manat cərimə edilib, həmçinin üzərlərindəki polisin nəzarəti altına verilmə qətimkan tədbiri saxlanılıb.

Polisin keçirdiyi tədbirlər zamanı obyektin gündüzlər restoran, axşam saatlarında isə qumarxana kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

“Huqqa”nın sahibi isə qumarxananın aşkar edilməsi barədə məlumatlar ictimailəşdikdən sonra restoranın adını “Qarabağ” olaraq dəyişdirib.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"