Yaxın tanışı Tərlan Əhmədovu “baltaladı”: “Belə ürəyi yanandırsa...”

31 May 2024 16:40 Hadisə 3 666
Yaxın tanışı Tərlan Əhmədovu “baltaladı”: “Belə ürəyi yanandırsa...”

“Tərlan birinci özünü peşəkarlaşdırsın, sonra kiməsə məsləhət versin”.

Bu sözləri “Xəzər Lənkəran”, “Neftçi”, “Səbail” kimi komandalarda çalışmış məşqçi Tofiq Mustafayev sosial şəbəkə platformasında yazıb.

Əhmədovun verilişlərin birində yerli futbolçuların ölkə xaricində uğurlu karyera qura bilməməsinə görə menecerləri qınamasına təcrübəli mütəxəssisin reaksiyası maraq doğurub:

“Azərbaycanlı balalarına belə ürəyi yanandırsa, nə üçün uşaq futbolunda çalışmır? Sosial şəbəkələrdə, televiziyada özünü tərifləyir elə, hamıya məsləhət verir”.

Tofiq Mustafayev vaxtilə “Xəzər Lənkəran”da Ağasəlim Mircavadovun, “Neftçi”də Vəli Qasımovun, “Səbail”də Mahmud Qurbanovun köməkçisi işləyib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”