"Şuşadan Laçına maksimum 25 dəqiqəyə getmək mümkün olacaq"

30 May 2024 12:20 Hadisə 532
"Şuşadan Laçına maksimum 25 dəqiqəyə getmək mümkün olacaq"

“Ağdam-Xankəndi dəmir yolunun bərpası, yəni yenidən qurulması layihəsi hazırlanır”.

Bunu Prezident İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı deyib.

“Xankəndi dəmir yolu vağzalının layihəsi mənə təqdim edilmişdir. Yəqin ki, o vağzal bir az fərqli yerdə yerləşəcək, daha uyğun. Ona görə də dəmir yolu ilə buradan - Xankəndidən, Xocalıdan istənilən istiqamətə getmək mümkün olacaq. Həm Bakıya, həm qərb istiqamətinə, Gəncəyə. Ona görə də gediş-gəliş rahat olacaq. İndi Ağdam, Əsgəran, Xankəndi yolunu da genişləndiririk. Siz yaxşı bilirsiniz ki, o yol dar idi.

İndi dördzolaqlı yol olacaq. Yəqin ki, Ağdam-Bərdə yolunu görmüsünüz. Necə də gözəl olub. Bu tərəfdən də Şuşaya cəmi 20 dəqiqəlik yoldur, oradan Laçına. Laçın-Şuşa yolunda bir neçə tunel, körpü inşa edilir. Yəqin ki, siz o yol ilə çox gedib-gəlmisiniz. Hamısı belə serpantin idi. Bu serpantinləri də düzəldirik, körpülər, tunellər. Şuşadan Laçına maksimum 25 dəqiqəyə getmək mümkün olacaq. Deməli, buradan bütün yaxın qonşu rayonlara da gediş-gəliş çox rahat olacaq”, - deyə dövlət başçısı vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”