"Sabah"ın sabiq baş məşqçisi yeni müqavilə imzaladı

30 May 2024 09:00 Hadisə 894
"Sabah"ın sabiq baş məşqçisi yeni müqavilə imzaladı

"Krasnodar" baş məşqçisi Murad Musayevlə müqaviləni uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Krasnodar"ın Murad Musayevlə əvvəlki müqaviləsi 2023/2024 mövsümünün sonuna qədər idi. Tərəflər 2026-cı ilin yayınadək nəzərdə tutulan yeni sözləşmə imzalayıblar.

M.Musayev 2021-ci ilin noyabr ayından bu ilin fevral ayının 1-dək "Sabah"a baş məşqilik edib. O, martın 14-dən “Krasnodar”ı çalışdırır.

Musayevin komandası Rusiya Premyer Liqasının 2023/2024 mövsümünü 56 xalla 2-ci yerdə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”