“Qarabağ” – “Zirə” finalında iki legioner oynamayacaq

28 May 2024 23:00 Hadisə 914
“Qarabağ” – “Zirə” finalında iki legioner oynamayacaq

İyunun 2-də Azərbaycan kubokunun yeni sahibinin adına aydınlıq gələcək.

“Qarabağ”la “Zirə” arasında baş tutacaq oyunda iki futbolçu meydana çıxmaqdan məhrumdur.

Ağdamlıların əsas fiquru Yassin Benzia ilə “qartallar”ın təcrübəli hücumçusu Vladislav Kulaç sarı vərəqə limitini doldurduqları üçün cəzalı duruma düşüblər.

Zirəlilərin məşqçisi Vüqar Məmmədov hələ də 2021-ci ildə aldığı 20 oyunluq cəzanın bədəlini ödəyir.

“Liv Bona Dea Arena”da baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Oyundan 1 saat əvvəl Xalq artisti Aygün Kazımovanın iştirakı ilə konsert proqramı baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyununa biletlərin qiyməti yerlərdən asılı olaraq 5, 10, 15 və 50 manatdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 18:10 Çək və bizə göndər!
19 Dekabr 11:10 UEFA-dan AFFA-ya məktub
19 Dekabr 03:10 Azərbaycanda 12:2