COP29

Şəhərdə futbolçuları döyənlər “8 sutkalıq”dan sərbəst buraxıldı - VİDEO+FOTOLAR

21 May 20:40 Hadisə 477
Şəhərdə futbolçuları döyənlər “8 sutkalıq”dan sərbəst buraxıldı - VİDEO+FOTOLAR

Mayın 8-də U-16 liqası çərçivəsində keçirilən “Kəpəz” – “Qəbələ” qarşılaşmasından (2:0) sonra yaşanan insidentdən xəbərdarsız.

Oyunboyu qonaq komandanın futbolçularına təzyiq göstərən gənc azarkeşlərin söyüş söyməsi nəticəsində ciddi qarşıdurma yaşanmış, “Qəbələ”nin bir neçə futbolçusu xəsarət almışdı.

gencedeki-davaya-gore-uc-nefer-saxlanildi

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının birgə axtarış tədbirləri nəticəsində üç nəfər (şəhər sakinləri B. Əhmədov, S. Qasımov və R. Əhmədov) saxlanılaraq məsuliyyətə cəlb olunmuşdu.

Məsuliyyətə cəlb olunan şəxslər cəza müddətinin sonunda - mayın 17-də sərbəst buraxılıb.

qebelenin-yeniyetme-futbolculari-gencede-doyuldu

Maraq üçün bildirək ki, münaqişənin yaranmasında səbəbkar olan üç nəfərin əməlinə hüquqi qiymət olaraq 8 sutka inzibati həbs cəzası verilmişdi.

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"