Bakıda saxlanılan separatçı rəhbərlərin hər birinin həbs müddəti daha 5 ay uzadıldı

16 May 2024 12:50 Hadisə 589
Bakıda saxlanılan separatçı rəhbərlərin hər birinin həbs müddəti daha 5 ay uzadıldı

Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Bako Saakyan, Arayik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatlarına baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumatına görə, Binəqədi Rayon Məhkəməsinə daxil olan müraciətlərdə cinayət işləri üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə bağlı təqsirləndirilən şəxslərin hər birinin həbsdə qalma müddətinin daha bir neçə ay uzadılması istənilib.

Məhkəmənin qərarı ilə ittiham olunan şəxslərin hər birinin həbs müddəti daha 5 ay uzadılıb.

İstintaqı Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Hərbi Prokurorluq, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Onlar xüsusilə ağır cinayətlərdə təqsirləndirilirlər.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidməti də təsdiq edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...