Rusiya qoşunlarının hava hücumu oldu, azərbaycanlı oyunçu meydanı yarımçıq tərk etdi

13 May 2024 11:20 Hadisə 1 031
Rusiya qoşunlarının hava hücumu oldu, azərbaycanlı oyunçu meydanı yarımçıq tərk etdi

Ukrayna Premyer Liqanda 28-ci turunun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin çıxış etdiyi “Polesye”nin oyunu yarımçıq qalıb.

Səfərdə “Krivbass”la keçirilən matçın 37-ci dəqiqəsində oyun dayandırılıb. Buna səbəb Dnepropetrovsk vilayətində Rusiya qoşunlarının hava hücumu olub.

Qarşılaşmanın mayın 13-də keçiriləcəyi açıqlanıb. Oyun qaldığı yerdən davam etdiriləcək.

Emil Mustafayevin start heytdə yer aldığı görüş dayandırılarkən "Polesye" hesabda 1:0 öndə olub.

Hazırda "Polese" 43 xalla 6-cı yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...