"Bu, mənim uşaqlıq arzum idi"

12 May 2024 03:00 Hadisə 738
"Bu, mənim uşaqlıq arzum idi"

"Film çox gözəl alınıb. Uşaqlıqda yaşadığım hər anı yenidən xatırladım".

Sportinfo.az xəbər verir ki, bu sözləri yeniyetmələr arasında Avropa çempionu olmuş Azərbaycan ağırlıqqaldıranı Rüstəm İmanzadə jurnalistlərə açıqlamasında deyib.

Özünə həsr olunmuş "Hələ heç nə bitməyib - Rüstəm İmanzadə" filmi ilə bağlı təəssüratlarını bölüşən idmançı ekran işinin şəxsi ideyası olduğunu bildirib:

"Bu, mənim uşaqlıq arzum idi. Düzdür, bədii film çəkmək istəyirdik.

Amma bunu tam sağalıb idmana qayıtdıqdan sonra reallaşdırmaq istəyirik. Bu, arzuladığım filmin ilk seriyası idi".

O, sağlamlığına qovuşmaq üçün yenidən əməliyyat olunacağını vurğulayıb: "Ümid edirəm ki, mənə dəstək olacaq və qısa müddətdə yenidən yeriməyə başlayacağam".

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...