Aygün Kazımova oxuyacaq, “Qarabağ”la “Zirə” oynayacaq

10 May 2024 18:00 Hadisə 1 483
Aygün Kazımova oxuyacaq, “Qarabağ”la “Zirə” oynayacaq

İyunun 2-də Azərbaycan Kubokunun finalında “Qarabağ” “Zirə” ilə üz-üzə gələcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Həlledici qarşılaşmadan öncə konsert proqramı təşkil olunacaq. Xalq artisti Aygün Kazımova konsert proqramı ilə çıxış edəcək.

“Azərbaycan Kubokunun final matçı mövsümün bağlanış oyunudur. Hər zaman olduğu kimi bu qarşılaşmanın da rəngarəng alınması üçün çalışırıq.

Oyundan öncə Xalq artisti Aygün Kazımovanın konserti baş tutacaq. Bir çox planlarımız yekunlaşmaq üzrədir.

Tamaşaçıların rahatlığı və finaldan zövq alması üçün hər bir imkan yaradılacaq” deyə, məlumatda bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...